![photo](https://www.rekord.az/storage/uploads/5/1464af97-7220-3465-a220-b90fe3be2175-850.jpg)
Qadınlar arasında dünya çempionatının qalibi bəlli oldu
- 20 Avq 2023 18:22
- 293
Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatının qalibi bəlli olub.
Rekord.az xəbər verir ki, final görüşündə İspaniya və İngiltərə milliləri üz-üzə gəliblər.
Qarşılaşma birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniya yığmasına dünya çempionluğunu qazandıran yeganə qola 29-cu dəqiqədə Olqa Karmona Qarsiya imza atıb.
Qeyd edək ki, mundialın bürünc medalını İsveç yığması qazanıb.