“Qalan 6 oyunun hamısında qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”
- 17:30
- 35
"Şəki"nin baş məşqçisi Bedri Meriç səfərdə "Gəncə"yə uduzduqları (77:91) Azərbaycan Basketbol Liqasının 14-cü turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, türkiyəli mütəxəssis qələbə münasibəti ilə rəqibi təbrik edib:
"Rəqib komandaya çox hücum ribaundu verdik. Bu həftə bir az uğursuz günlər yaşadıq. Şəki Olimpiya İdman Kompleksindəki tədbirlərə görə istədiyimiz məşqi edə bilmədik. Gəncəyə yalnız bir kontakt məşqi edərək gəldik. Oyunçumuz Karl Cons zəhərlənərək xəstələnmişdi. Amma meydanda qalib gələ bilərdik".
Baş məşqmi 3-cü periodda toparlandıqlarını söyləyib:
"Ancaq dediyim kimi, rəqib hücum ribaundlarından 25 xal qazandı. Bu, çox böyük rəqəmdir. Daha əvvəl də söylədiyim kimi, B qrupunda 1-2-3-cü yerlər dəyişəcək. Bundan sonra mümkün qədər çox matçda qalib gəlməyə çalışacağıq. Müntəzəm çempionatda 6 oyunumuz qalıb. Hamısında qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. 1-ci ola bilməsək də, 2-3-cü yerin sahibi kimi pley-offa çıxmaq üçün hər şeyi edəcəyik"