"Qalatasaray" Azərbaycana təşəkkür etdi FOTO
- 18 Sen 2020 13:45
- 664
Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"ni Bakıda mübarizədən kənarlaşdıran "Qalatasaray" Azərbaycana təşəkkür edib.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi "Feysbuk" səhifəsində bununla bağlı yazıb: "Hər şey üçün təşəkkürlər, yenidən görüşərik, AzərbayCAN!".
Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma "Neftçi"nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.