“Qalatasaray” braziliyalı futbolçu ilə müqaviləni yenilədi
- 23 May 2021 13:26
- 542
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Markaonun müqaviləsini yeniləyib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
2019-cu ildən “Qalatasaray”da çıxış edən Markao bu mövsüm Super Liqada 37 oyuna çıxıb. 24 yaşlı müdafiəçinin “transfermarkt”da dəyəri 12 milyon avrodur.