“Qalatasaray” “Brügge”nin qovduğu futbolçunu qəbul etmədi
- 13 Noy 2019 10:30
- 726
Belçikanın “Brügge” klubu Türkiyə çempionu “Qalatasaray”dan icarəyə götürdüyü Mbaye Dianyeni geri qaytarmaq istəyir.
Rekord.az xəbər verir ki, artıq sözügedən klub bununla əlaqədar İstanbul təmsilçisinə müraciət də ünvanlayıb.
Belçika mətbuatının iddiasına görə, “Brügge” icarə haqqı kimi Türkiyə klubuna indiyə qədər 900 min avro ödəyib. İcarə haqqının qalan hissəsini ödəmədən futbolçunu “Qalatasaray”a qaytarmaq istəyən belçikalılar rədd cavabı alıblar. Türkiyə çempionu qarşı tərəfin bu istəyi ilə razılaşmayıb və məbləğin tamamının ödənilməsini istəyib.
Xatırladaq ki, Dianye UEFA Çempionlar Liqası çərçivəsində keçirilmiş PSJ - “Brügge” matçında komandasının ilk penaltiçisi olmamasına rəğmən, 11 metrlik zərbəni özü yerinə yetirmək istəmişdi və rəqib qapıçı ilə dueldən məğlub ayrılmışdı. Oyundan sonra paltardəyişmə otağında davaya da səbəb olan seneqallı forvard bu üzdən “Brügge”nin heyətindən kənarlaşdırılmışdı.