"Qalatasaray" futbolçusu Teteni "Panatinaikos"a satıb.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu transferdən 4.75 milyon avro qazanacaq.

24 yaşlı yarımmüdafiəçi 2023-cü ildən "Cim-Bom"da oynayırdı. O, 45 matçda 3 qol vurub və 6 qol ötürməsini verib.