“Qalatasaray” hücumçusunu icarəyə verdi
- 28 Avq 2021 18:30
- 590
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Jesse Sekidikanı icarəyə verib.
Rekord.az xəbər verir ki, 25 yaşlı hücumçu Belçikanın “Aud-Heverle Löven” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sekidika 2021/2022 mövsümünü icarə əsasında “Aud-Heverle Löven”də keçirəcək.
Belçika klubu nigeriyalı futbolçu üçün “Qalatasaray”a 300 min avro icarə haqqı ödəyəcək.