Türkiyənin “Qalatasaray” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə futbolçu və məşqçi heyətindən, eləcə də klubda çalışanlardan iyunun 6-da koronavirus analizləri götürüldüyü diqqətə çatdırılıb. Bütün testlərin nəticəsinin neqativ çıxdığı bildirilir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılmış Türkiyə Super Liqası iyunun 12-dən etibarən qaldığı yerdən davam etdiriləcək.