“Qalatasaray” “Real”a uduzdu, MS, PSJ və “Tottenhem” 5 qola sevindi
- 23 Okt 2019 01:00
- 835
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turuna start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında oyunlar keçirilib.
A qrupunda “Qalatasaray” turnirin ən titullu klubu “Real”ı qəbul edib. İlk iki turda qələbə üzü görməyən rəqiblərin dueli böyük maraq doğrurdu. Qarşılaşma İspaniya nəhənginin qələbəsiylə yekunlaşıb. Qrupun digər matçında PSJ səfərdə "Brügge"ni darmadağın edib.
B qrupunun lideri “Bavariya” “Olimpiakos”un qonağı olub. Bol qollu matçda Münhen təmsilçisi çətin qələbəyə sevinib. "Tottenhem" də "Srvena Zvezda"ya böyük hesabla qalib gəlib.
C qrupunda itkisiz irəliləyən “Mançester Siti” doğma arenasında autsayder “Atalanta”nı sınağa çəkib. Hesabı qonaqlar açsa da, sonda MS darmadağına sevinib.
D qrupunda favoritlər “Yuventus” və “Atletiko” ev oyununa çıxıb. Turin təmsilçisi Moskva "Lokomotiv"ini, Madrid klubu isə "Bayer"i məğlub yola salıb.
UEFA Çempionlar Liqası
22 oktyabr
A qrupu
“Qalatasaray” (Türkiyə) - “Real” (İspaniya) 0:1
Qol: Kroos, 18.
“Brügge” (Belçika) – PSJ (Fransa) 0:5
Qol: İkardi, 7; 63. Mbappe, 61; 79; 83.
B qrupu
“Tottenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) 5:0
Qol: Keyn, 9; 72. Min, 16; 44. Lamela, 57.
“Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya) 2:3
Qol: El Arabi, 23. Gilyerme, 79 – Levandovski, 34; 62. Tolisso, 75.
C qrupu
“Şaxtyor” (Ukrayna) – “Dinamo” (Xorvatiya) 2:2
Qol: Konoplyanka, 16. Dodo, 75 – Olmo, 25. Orşiç, 60.
“Mançester Siti” (İngiltərə) - “Atalanta” (İtaliya) 5:1
Qol: Aquero, 34; 38-pen. Sterlinq, 58; 64; 69 – Malinovski, 28-pen.
D qrupu
“Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) 1:0
Qol: Morata, 78.
“Yuventus” (İtaliya) - “Lokomotiv” (Rusiya) 2:1
Qol: Dibala, 77; 79 - Mirançuk, 30.