“Qalatasaray”ın vitse-prezidenti Yusuf Günay kronavirusa qalib gəlib.

Rekord.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.

Koronavirusdan tam sağaldığını və karantin müddətini də geridə qoyduğunu da açıqlayan İstanbul təmsilçisi bunları söyləyib:

“Koronavirusdan müalicə olunmaq üçün yatdığım xəstəxanadan evə buraxılandan bəri 15 günlük karantin dövrünü də geridə qoydum. Çox şükür ki, koronavirusa qalib gəldim. Səhhətim də çox yaxşıdı. Bütün xəstələrimizə Allahdan şəfa arzulayıram”.

Qeyd edək ki, “Qalatasaray”ın digər vitse-prezidenti Abdürrahim Albayrakla baş məşqçisi Fatih Terim də koronavirusa yoluxmuş və sağaldıqlarını açıqlamışdılar.