Türkiyənin “Qalatasaray” klubunda iki futbolçu koronavirusa yoluxub. Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə iyulun 16-da klubun bütün kollektivindən COVİD-19 testi götürüldüyü bildirilib. Nəticədə iki futbolçunun testi pozitiv çıxıb. Onların adları açıqlanmayıb. Hər iki futbolçu karantinə alınıb və nəzarətə götürülüb.