“Qalatasaray”da Arda Turan şoku
- 21 Avq 2021 17:21
- 598
Türkiyənin “Qalatasaray” klubunda Avropa Liqasının pley-off mərhələsinin “Randers”lə (Danimarka) ilk matçında zədələnən Arda Turanın son durumu məlum olub.
Rekord.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ayaq biləyindən zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ardanın üç həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
“Qalatasaray” ilk oyunda səfərdə “Randers”lə 1:1 hesablı heç-heçə edib. Komandalar arasındakı cavab matçı avqustun 26-da, Türkiyədə keçiriləcək.