Türkiyə millisinin və "Qalatasaray"ın futbolçusu Kaan Ayhan zədə səbəbindən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin əzələsində zədə aşkarlanıb.


Xatırladaq ki, türkiyəli futbolçu Super Liqanın 13-cü turunda "Bodrumspor"a qarşı keçirilən matçda sıradan çıxıb.