“Qalatasaray”da yeni müqavilə
- 04 İyl 2021 13:41
- 525
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Emre Akbabanın müqaviləsinin müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.
Akbaba 2018-ci ilin yayından “Qalatasaray”da çıxış edir.