“Qalatasaray”da yeni müqavilə
- 14 İyl 2024 10:30
- 167
"Qalatasaray" gənc futbolçusu Efe Akmanın müqavilə müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı dayaq yarımmüdafiəçi ilə bağlanan ilk peşəkar müavilə 2028-ci ilin 30 iyun tarixinədəkdir.
Efe Akman "Qalatasaray"ın yetirməsidir. Türkiyə U-19 millisinin üzvü "cim-bom"un əsas komandasında 2 rəsmi matçda meydana çıxıb.