Türkiyənin “Qalatasaray" klubu "Altay"da çıxış edən Kazımcan Karataşı heyətinə qatıb.

Rekord.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

19 yaşlı cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Gənc oyunçunun transferi üçün “Altay”a 20 milyon TL ödənilib. Karataş özü isə qarşıdakı mövsümdə 5 milyon 350 min TL, 2023/24 mövsümündə 6 milyon 750 min TL, 2024/25 mövsümündə 7 milyon 500 min TL, 2025/26 mövsümündə 8 milyon 500 min TL və 2026/27 mövsümündə 10 milyon TL qazanacaq.

Qeyd edək ki, Kazımcan Karataş Türkiyənin U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.