“Qalatasaray”dan “Alanyaspor”a
- 06 Sen 2021 20:40
- 505
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Əmrə Akbabanı icarəyə verib.
Rekord.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Alanyaspor”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Akbaba 2022-ci ilin yayına qədər Super Liqa klubunda çıxış edəcək.
Türkiyəli yarımmüdafiəçi 2013-2018-ci illərdə də məhz “Alanyaspor”da forma geyinib.