“Qalatasaray”ın yarımmüdafiəçisi Kərəm Aktürkoğlu "Benfika"ya keçib.

Rekord.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin üzvü ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb. "Benfika" bu transfer üçün "Qalatasaray"a 12 milyon avro ödəyəcək.

Aktürkoğlu 2020-ci ildən “Qalatasaray”da çıxış edirdi. Bu mövsüm o, 6 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.