“Qalatasaray”dan Falkao açıqlaması
- 22 İyn 2020 19:00
- 724
Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində “Qaziantep”lə ev oyununda zədələnən “Qalatasaray”ın hücumçusu Radamel Falkaonun durumuna aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə 34 yaşlı hücumçunun əzələsində problem aşkarlandığı diqqətə çatdırılıb. Kolumbiyalı forvardın müalicəsinə başlanılıb. Lakin onun bərpa müddəti açıqlanmayıb.
Qeyd edək ki, “Qalatasaray” sözügedən oyundan 3:3 hesablı heç-heçə ilə ayrılıb. Falkao bu görüşdə aldığı zədə səbəbindən 75-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalmışdı.