![photo](https://www.rekord.az/storage/uploads/5/muslera.jpg)
“Qalatasaray”dan Muslera ilə yeni müqavilə
- 16 Mar 2021 18:00
- 684
Türkiyənin “Qalatasaray” klubu qapıçısı Fernando Musleranın müqaviləsinin müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Uruqvaylı qapıçı İstanbul təmsilçisi ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalayıb.
Muslera 2011-ci ildən “Qalatasaray”da çıxış edir. 34 yaşlı futbolçu bu komandada 300-dən çox oyun keçirib.