Türkiyənin “Qalatasaray” klubunun iki futbolçusu koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul təmsilçisində futbolçular, məşqçilər, texniki heyət və klubun digər işçiləri arasında keçirilən koronavirus testində iki nəfərin nəticəsi pozitiv olub. Virusa yoluxan futbolçuların adları açıqlanmayıb.

Hər iki şəxs karantinə alınıb və müalicəyə başlanılıb.