“Qalatasaray”ın futbolçusu İtaliyada klubunu dəyişdi
- 12:20
- 26
Müqavilə əsasında "Qalatasaray"a məxsus olan Nikolo Zaniolonun yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər İtaliyanın "Fiorentina" klubunda çıxış edəcək.
Florensiyalıları futbolçunu icarəyə götürdüyü üçün 3,2 milyon avro ödəyəcək.
Cari mövsümün əvvəlindən icarə əsasında "Atalanta"nın şərəfini qoruyan Zanilo bu komandada keçirdiyi 23 oyunda 3 qola imza atıb.