Fransanın “Lill” klubu heyətinə daha bir türk futbolçu qatıb.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Qalatasaray”ın gənc futbolçusu Mustafa Kapını transfer edib.

Artıq İstanbul klubu bu transferlə bağlı məlumatları Türkiyə Futbol Federasiyasına təqdim edib. Fransa klubunun da tezliklə bu keçidi rəsmən açıqlaması gözlənilir. 18 yaşlı oyunçu Liqa 1 təmsilçisi ilə 5 illik sözləşmə imzalayacaq. Avqustun 8-də 18 yaşı tamam olan futbolçunun İstanbul klubu ilə müqaviləsinin müddəti bitdiyi üçün Fransa təmsilçisinə azad agent kimi keçib.

Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Mustafa Kapı 2018-ci ildən əsas komandaya cəlb olunurdu. O, ötən mövsüm İstanbul təmsilçisinin “Sivasspor”u 4:2 hesabıyla məğlub etdiyi oyunda forma geyinməklə “Qalatasaray”ın tarixində Super Liqada meydana çıxan ən gənc futbolçu ünvanına sahib çıxmışdı.

“Lill”də Zeki Çelik, Yusuf Yazıcı və Burak Yılmaz da çıxış edir. Mustafanın gedişində sonra Fransa klubundakı türk oyunçuların sayı dördə çatacaq.