“Qalatasaray”ın futbolçusu xəstəxanalıq oldu
- 01 Yan 2021 12:42
- 481
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Omar Elabdellaui xəstəxanaya yerləşdirilib.
Rekord.az xəbər verir ki, buna 29 yaşlı müdafiəçinin əlində fişəng partlaması səbəb olub.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Yeni ili qarşılamağa hazırlaşan norveçli oyunçunun ehtiyatsızlıq nəticəsində üzündən xəsarət aldığı qeyd olunur. Hadisə futbolçunun evində təşkil etdiyi yeni il şənliyi zamanı baş verib.