"Qalatasaray" futbolçusu Mişi Batşuayini satıb.


Rekord.az xəbər verir ki, 31 yaşlı hücumçu "Ayntraxt"a keçib.


Bu barədə Almaniya klubunun saytı məlumat yayıb. Bundesliqa təmsilçisi belçikalı forvardla 2027-ci ilin yayınadək müqavilə imzalayıb.


"Ayntraxt" bu transferə görə "Qalatasaray"a 3 milyon avro ödəyib.


Batşuayi cari mövsümdə İstanbul təmsilçisinin heyətində 30 matça çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini verib.