“Qalatasaray”ın hücumçusu əməliyyat olundu
- 10 İyl 2020 11:20
- 681
“Qalatasaray”ın hücumçusu Florin Andone əməliyyat olunub.
Rekord.az xəbər verir ki, son dövrlər dizindən aldığı zədədən əziyyət çəkən rumıniyalı futbolçu İstanbuldakı xəstəxanalardan birində əməliyyat olunub.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Andonenin əməliyyatının uğurlu alındığı diqqətə çatdırılıb.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Brayton” klubuna məxsus olan Andone “Qalatasaray”da 2019-cu ilin avqustundan icarə əsasında çıxış edir. O, İstanbul təmsilçisinin heyətində 9 Super Liqa matçına çıxıb, 2 qolla yadda qalıb.