“Qalatasaray”ın hücumçusu üçün mövsüm bitdi
- 15 İyn 2020 17:20
- 705
“Qalatasaray”ın “Rizəspor”la oyunda zədələnən futbolçusu Florin Andonenin son durumu bilinib.
Rekord.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, sağ ayağından zədələnən 27 yaşlı hücumçunun mövsümün geri qalan hissəsində komandasına kömək edə bilməyəcəyi bildirilib.
“Qalatasaray”ın “Rizəspor”a məğlub olduğu matçda (0:2) Andoneylə yanaşı, Fernando Muslera da zədələnib və uruqvaylı qapıçı da 5-8 ay yaşıl meydanlardan uzaq qalacaq.