Futbol üzrə Türkiyə Super Liqasının 25-ci turu çərçivəsində keçiriləcək “Qalatasaray” – “Kasımpaşa” oyununun başlama saatı dəyişdirilib.

Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Belə ki, oyun əvvəldən nəzərdə tutulduğu kimi saat 20:00-da yox, Bakı vaxtı ilə 17:00-da başlayacaq.

Qeyd edək ki, bu həftənin sonu üçün İstanbul şəhərində güclü qar yağıntısı gözlənilir. Fevralın 14-də keçiriləcək “Qalatasaray” - “Kasımpaşa” matçı ilə bağlı dəyişikliyə də məhz bu səbəb olub.