“Qalatasaray”ın sabiq futbolçusu Nordin Amrabatın yeni ünvanı məlum olub.

Rekord.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.

Amrabat AEK klubu ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Amrabat yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Amrabat 2012-2015-ci illərdə “Qalatasaray”da çıxış edib.