“Qalatasaray”ın keçmiş oyunçusu Səlcuk İnan Türkiyənin “Qaziantep” klubuna baş məşqçi təyin olunub.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.

İnan 2020-22-ci illərdə “Qalatasaray”da köməkçi məşqçi, 2022-23-cü illərdə isə “Kasımpaşa”da baş məşqçi kimi fəaliyyət göstərib.