"Qalatasaray"ın prezidenti “Neftçi” ilə püşkü dəyərləndirdi
- 05 Sen 2020 13:00
- 781
"Əslində biz də "Neftçi" ilə düşmək istəyirdik. İki hissi bir arada yaşayacağıq. Həm qardaşınla oyun keçirəcəksən, həm udub və ya uduzacaqsan".
Rekord.az xəbər verir ki, bunu Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray"ın prezidenti Mustafa Cengiz "CBC Sport" telekanalında yayımlanan "Türkiyədən futbol" verilişinə müsahibəsində deyib.
71 yaşlı funksioner Azərbaycan klubu ilə qarşılaşacaqları üçün sevindiyini bildirib: "Şükürlər olsun ki, bizə bu komanda ilə oyun keçirmək nəsib oldu. Bizə ən yaxın olan qardaş ölkənin komandası ilə qarşılaşacağıq.
"Neftçi"nin hər zaman uğur qazanmasını istəyirəm. İranda "Traktor" klubu kuboku qazandı. Onda da türklər çox sevindilər. "Neftçi"ni çox sevirik. Bu komanda ilə oynayacağımız üçün məmnunuq".