Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunun hücumçusu Bafetimbi Qomisin oyun vaxtı halı pisləşib. 

Rekord.az xəbər verir ki, hadisə ölkə çempionatının 26-cı turunda səfərdə "Əl-Əhli" ilə matçda baş verib. 

35 yaşlı futbolçu 12-ci dəqiqədə huşunu itirib. Fransalı forvard həkimlərin müdaxiləsindən sonra qarşılaşmaya davam edib və sonadək meydanda olub.

Qeyd edək ki, "Əl-Əhli" görüşdə 2:1 hesabı ilə qələbə qazanıb. Qomis 2017/18 mövsümündə "Qalatasaray"da çıxış edib. O, həmin dönəmdə "Kasımpaşa" ilə matçda da eyni aqibətlə üzləşib.

Qomis ilk dəfə 2009-cu ildə Fransa millisinin təlim-məşq toplanışında yerə yıxılıb və həkimlər ona huşunu itirmə diaqnozu qoyub.