"Qalatasaray"ın vitse-prezidenti də sağaldı
- 07 Apr 2020 19:00
- 624
"Qalatasaray"ın koronavirsa yoluxan vitse-prezindenti Abdurrahim Albayrak sağalıb.
Rekord.az "NTV Spor"a istinadən xəbər verir ki, baş məşqçi Fatih Terimdən sonra o da pandemiyaya qalib gəlib.
Bir neçə gün əvvəl evə buraxılan və müalicəsini ev şəraitində davam etdirən klub rəsmisinin sonuncu testinin nəticəsi mənfi olub.
Qeyd edək ki, "Qalatasaray"ın digər vitse-prezidenti Yusuf Günay da müalicəsini evdə davam etdirir.