“Qalatasaray”ın yetirməsi Çexiya klubunda
- 11 Yan 2020 12:20
- 830
Çexiyanın “Pribram” klubu heyətini iki türkiyəli futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, bunlardan biri “Qalatasaray”ın yetirməsi olan Aydın Yılmazdı.
Son olaraq “Sakaryaspor”un uğurları üçün çalışan 31 yaşlı futbolçu, yeni klubuna azad agent kimi keçib. Onun “Sakaryaspor”dakı digər komanda yoldaşı, 23 yaşlı yarımmüdafiəçi Erdi Şehit də “Pribram”a transfer olunub. Çexiya klubu bu oyunçularla müqavilə imzalandığını eyni gündə açıqlayıb.
Uzun müddət “Qalatasaray”da oynamış Aydın Yılmaz, karyerası ərzində “Manisaspor”, “Başakşəhər”, “Əskişəhərspor”, “Kasımpaşa”, “Karabükspor” və “Adana Dəmirspor”da da çıxış edib.
“Pribram” Çexiya çempionatında 20 turdan sonra 13 xalla sonuncu pillədə qərarlaşıb.