![photo](https://www.rekord.az/storage/uploads/5/abdulkadir-parmak-800x520.png)
“Qalatasaray”la matça çıxmaq istəmədi, komandadan qovuldu
- 23 Apr 2021 16:20
- 594
Türkiyənin “Trabzonspor” komandasında yarımmüdafiəçi Abdülkadir Parmak heyətdən kənarlaşdırılıb.
Rekord.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
26 yaşlı futbolçu Super Liqanın 35-ci turunun “Qalatasaray”la səfər matçında (1:1) meydana çıxmaq istəmədiyi üçün məşqçilər tərəfindən komandadan uzaqlaşdırılıb.
Abdülkadir Parmak bu mövsüm “Trabzonspor”la Super Liqada 26 oyuna çıxıb. Yarımmüdafiəçinin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.