“Qalatasaray”la “Qarabağ” qardaşlaşmış klublar olmağa qərar veriblər.

Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Dursun Özbək Türkiyə mətbuatına açıqlamasında bildirib.

“Hörmətli “Qarabağ” prezidenti ilə razılaşdım. Qardaş klublar olmağa qərar verdik. Bunun təqdimatını gələn həftə həyata keçirəcəyik. Onları İstanbulda dostluq oyunu keçirməyə də dəvət etdim. Bakıda bizi çox yaxşı qarşıladılar. Buna görə təşəkkür edirəm”.

Dursun Özbək bu əməkdaşlığın bəzi detallarını da açıqlayıb: “Fəaliyyətlərimizi birləşdirəcəyik. Onlar Azərbaycanda, biz də Türkiyədə işbirliyi həyata keçirəcəyik. Biz mağazalarımızda “Qarabağ” formalarını satacağıq, bu komandanı tanıdacağıq. Onlar da Azərbaycanda bizim formalarımızı satacaqlar”.

Xatırladaq ki, ötən axşam Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” - “Qalatasaray” matçı İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.