“Qalatasaray”lı futbolçunun nənəsi koronavirusun qurbanı oldu
- 24 Apr 2020 20:00
- 616
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Rayan Donkun nənəsi dünyasını dəyişib.
Rekord.az xəbər verir ki, 34 yaşlı hollandiyalı yarımmüdafiəçinin nənəsi koronavirusun qurbanı olub. Bu barədə fubolçu sosial şəbəkə hesabında məlumat yayıb.
İstanbul təmsilçisinin oyunçuları Donka başsağlığı veriblər.
Qeyd edək ki, niderlandlı futbolçu 2016-cı ildən "Qalatasaray"da çıxış edir.