UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində öz meydanında Azərbaycan millisi ilə qarşılaşacaq Kipr yığmasının futbolçusu Konstantinos Laifis açıqlama verib.

Rekord.az xəbər verir ki, o, Azərbaycanla oyunda qələbəyə inandığını bildirib:

“İlk oyunda evdə Monteneqro yığmasına məğlub olduq. Sözsüz ki, nəticədən məyusuq, amma uduzduğumuz oyunda müsbət hallar var idi. Komandamız gənc futbolçulardan qurulub və müəyyən dəstəyə ehtiyacımız var. Hər bir futbolçu milli komanda üçün hər şey etməyə hazırdır. Yığmada çoxlu keyfiyyətli oyunçu var. Sabahkı oyun bizim üçün çox vacibdir. Tam gücümüzü ortaya qoymalıyıq. Qalib gəlməli olduğumuz oyundur və qələbə qazanacağımıza inanırıq”.

Sentyabrın 8-də keçiriləcək Kipr – Azərbaycan oyununa saat 22:45-də start veriləcək.