Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda medalların taleyinə tay-brekdə aydınlıq gələcək.

Rekord.az xəbər verir ki, finalın ikinci oyununda norveçli Maqnus Karlsen Hindistan şahmatçısı Rameşbaba Praqnanandxa ilə bərabərə qalıb.

İlk oyunda da heç-heçə qeydə alındığından Dünya Kubokunun qalibi sabah tay-brekdə məlum olacaq. 

Üçüncü yer uğrunda ikinci oyunda Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub. İlk oyunda Abasov qalib gəldiyindən ümumi hesab bərabərləşib. 

Şahmatçılar sabah tay-breykdə üz-üzə gələcəklər.