Qaltyenin yeni iş yeri bəlli oldu
- 12 Okt 2023 19:00
- 303
PSJ-nin sabiq baş məşqçisi Kristofer Qaltyenin yeni iş yeri bəlli olub.
Rekord.az xəbər verir ki, fransalı mütəxəssis Qətərin elita təmsilçilərindən olan "Əl-Duhail"in baş məşqçisi təyin edilib.
O, ötən gün istefaya göndərilən Ernan Kresponu əvəz edib.
Qaltye ötən mövsüm PSJ ilə Fransa çempionluğunu bayram etsə də, iyunda paytaxt təmsilçisindən istefaya göndərilmişdi.