
Qana yığmasının futbolçusu "Neftçi"nin təklifini geri çevirdi
- 18 Sen 2021 12:00
- 930
“Neftçi”nin Qana yığmasının hücumçusu Con Antvi Duku ilə apardığı danışıqlar baş tutmayıb.
Rekord.az-ın məlumatına görə, o, Azərbaycandan aldığı dəvəti geri çevirib.
Bakı təmsilçisi 29 yaşlı forvarda 2 illik müqavilə təklif göndərmişdi.
Futbol həyatına yerli «Drims»də atılan Duku hazırda karyerasını Misirdə davam etdirir. O, 2019-cu ildən bəri «Piramids»in formasınıı geyinir.
Adıçəkilən hücumçu 2017-ci ildən dəvət aldığı ölkəsinin əsas millisində 2 oyuna çıxıb. O, çağırışı müsbət qarşılasaydı, hər mövsüm 250 min dollar qazanacaqdı.
Təkliflər paketində əlavə bonuslar da nəzərdə tutulmuşdu: komandanını qazanacağı hansı nəticələrə görə onun nə qədər mükafat alacağı bənd-bənd qeyd olunub.
Fəqət, Duku Avropanın tanınmış çempionatlarının birində çıxış etmək istədiyindən, “Neftçi”nin sərfəli təklifinə “yox” deyib. (sportinfo.az)