Qanunsuz mərc kontorlarına qarşı dövlət tədbirləri başlanıb!
- 04 Fev 2022 17:08
- 736
Azərbaycan bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməyə çalışır. Ölkənin inkişafı məhz bu istiqamətdə görülən işlərdən asılıdır. Son illərdə populyarlıq qazanan mərc oyunlarında dövr edən maliyyə vəsaitlərinin tənzimlənməsi və vergi ödənişinin leqal şəkildə həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Ölkə xaricinə onlayn şəkildə edilən pul qoyuluşları bu baxımdan xüsusilə fərqlənir.
Təəssüf ki, Azərbaycanda bu cür qeyri-leqal onlayn oynanılan çox sayda mərclər vardır. Onların fəaliyyəti ümumi dövlət siyasətinə ziddir. Bu virtual məntəqələr vasitəsilə milyonlarla manatlıq vəsait heç bir vergi ödənilmədən ölkə xaricinə çıxır. Bu rəqəm ildə bir neçə yüz milyona belə çatır və bu, yalnız görünən və üzdə olan miqdardır. Çünki ödəmə formaları xarici mərkəzlidir və köçürülən pulların bir çoxu bilinmir.
Bilmək lazımdır ki, ölkə xaricində fəaliyyət göstərən kontorlarla iş mənfi nəticələrə gətirib çıxara bilər. Belə ki, bu kontorlar müştərinin qazanc əldə etməsi bir çox maneələr törədirlər. Xaricdə pul qoyuluşu edilən virtual məntəqələrdə müştəriləri gözləyən bir çox təhlükələr vardır:
- Adi qeydiyyat zamanı həddindən artıq suallar verilir, insanların şəxsi həyatının təfərrüatları öyrənilir.
- Qeydiyyat zamanı ani diqqətsizlik hesabından əlavə xərcin çıxılmasına gətirə bilər. Çünki əcnəbi dili tam dəqiq bilmək çətin olduğundan belə hallar tez-tez yaşana bilir.
- Müştəriyə xəbər vermədən əmsalların azaldılması halları yaşanır.
- Ödəmələr gecikir, gecikdirilir, ciddi süründürməçilik edilir.
- Pulun heç verilməməsi təhlükəsi vardır. Bu zaman heç bir yerə şikayət etmək, haqqını tələb etmək mümkünsüz olur. Çünki bu saytların ölkə ərazisində nə nümayəndəliyi, nə də ofisi yoxdur və ora getmək, ortaya çıxan problem üzbəüz həll etmək mümkünsüzdür. Belə olan halda, sistem orqanlarına şikayət etmək, işin qanun çərçivəsində həll edilməsini tələb etmək də mümkün olmur. Yəni sizi aldadıblarsa, günahı özünüzdə görməli olacaqsız və heç kimdən kömək ala bilməyəcəksiz.
- Bir dəfə böyük məbləğdə uduş olandan sonra qeydiyyatın dayandırılması, bir daha oynamaq şansı verilməməsi halları yaşana bilir.
- Qeyri-leqal kontorlar bir müddət sonra bağlana və müştərini pulsuz qoya bilir.
- Uduşdan komissiya xərcləri çıxıla bilər. Hesabdan pul çıxaran, yaxud ora pul əlavə edən zaman müəyyən itki ola bilər. Ödənişlər adətən valyuta ilə edildiyindən aradakı məzənnə fərqi bəhanə edilərək xərc çıxıla bilər. Oyunçunun valyuta hesabı ilə plastik kart valyutası üst-üstə düşməyəndə belə hallar daha çox yaşana bilir.
- Təhlükəsizlik problemi yaşana bilər. Qeydiyyat üçün verilən elektron poçt vasitəsilə müştəridən xəbərsiz müxtəlif maliyyə maxinasiyalarının aparılması mümkündür.
Diqqətli olun. Yuxarıda sadalananlar aysberqin hələ görünən hissəsidir və siyahını daha da uzatmaq olar.
Ancaq sevindirici məqam odur ki, artıq Azərbaycan dövləti öz vətəndaşlarını düşünürək qanun çərçivəsində addımlar atmağa başlayıb. Çox yerində verilən qərarlar və müvafiq dövlət strukturlarının düzgün müdaxilə tədbirləri həyata keçirilir.
Əvvəlcə onu qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2021-ci il tarixində imzaladığı və 1 yanvar 2022-ci ildən qüvvəyə minən fərmanıyla qanunsuz mərc oyunlarının təşkilatçılarına ciddi zərbə vurub. “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 460-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar verilən fərmanda qeyd edilir ki,
- “Azərbaycan Respublikasında lotereya təşkilatçısının və (və ya) idman mərc oyunlarının operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkilinin və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin satışının təşkilinin və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsi təmin edilməlidir”.
- “Azərbaycan Respublikasında lotereya təşkilatçısının və (və ya) idman mərc oyunlarının operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin satışının təşkilinin və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsi təmin edilməlidir”.
Fevralın 2-də isə Baş Prokurorluq qanunsuz mərc oyunları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Orada deyilir: “Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun mətbuat xidməti vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunmasını qərara alıb”.
Uduşların dövlət tərəfindən təminat altına alındığı saytlar mövcuddur. Mərc həvəskarları da onlara müraciət etməlidilər. Burada hər şey qanunla tənzimlənir, uduşlar vaxtında ödənilir, hansısa çətinlik yaradılmır. Üstəlik, 7/24 qarşılıqlı əlaqə mümkün olduğundan, istənilən sualınızı günün istənilən vaxtında yönəldə, lazımi cavabı ala bilərsiniz.
Sonda onu da qeyd etmək lazımdır ki, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinə əsasən qanunvericiliklə qadağan olunmayan “idman mərc oyunlarının keçirilməsindən daxil olan vəsaitlər” Azərbaycan idmanının maliyyələşdirilməsinə yönəldilir. Bu baxımdan əldə edilən maliyyənin kənara getməsinin qarşısının alınması ölkə səviyyəsində vacib xarakter alır. Məsələn, Azərbaycanın qanuni mərc operatoru “Topaz”ın, həmçinin onun elektron versiyası olan “Etopaz”ın əldə etdiyi gəlirlərdən ölkə büdcəsinə vergi ödəməsi, eyni zamanda ölkə idmanına dəstək göstərməsi nəzərdən qaçmamalıdır.
Rekord.az