Qapıçı ağır zədə aldı VİDEO
- 03 Fev 2021 15:45
- 649
Braziliya çempionatında xoşagəlməz hadisə yaşanıb.
Rekord.az xəbər verir ki, 33-cü turda "Vasko Da Qama" - "Baiya" qarşılaşmasının (0:0) 80-ci dəqiqəsində qonaqların müdafiəçisi Leandro Kastan topu qapıdan keçirmək istəyərkən ayağı ilə rəqib qapıçı Duqlas Fridirixin üzünə zərbə endirib.
Nəticədə 32 yaşlı qolkiper ağır xəsarət alıb. Kastan isə qırmızı vərəqə ilə cəzalandırılıb.
Bu zərbə nəticəsində braziliyalı qolkiperin üzünə 5 tikiş atılıb.