Qar Cəlilabad stadionunu bu hala saldı, oyun təxirə salındı FOTO
- 15 Yan 2024 11:00
- 839
Son günlər ölkə ərazisində davam edən qarlı hava şəraiti "Region Liqası"ndan da yan keçməyib.
Rekord.az xəbər verir ki, dünən V tur çərçivəsində Cənub zonasl üzrə bütün oyunlar təxirə salınıb.
Belə ki, "Zəfər-44" - "Masallı" PFK, "Lənkəran" FK - "Qobustan" FK və "Ərkivan" (Masallı) - "Biləsuvar" FK oyunları hava şəraiti ilə əlaqədar olaraq baş tutmayıb. Bu oyunlardan biri, "Zəfər-44" - "Masallı" PFK matçının oynanılmalı olduğu Cəlilabad stadionunun qarlı fotosunu sizə təqdim edirik: