“Qarabağ” yarımmüdafiəçisi Qara Qarayev ilə müqavilənin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. 

28 yaşlı yarımmüdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 2 ildir.

Qeyd edək ki, Qara Qarayev “Qarabağ”ın öz yetirməsidir. O, 2008-ci ilin bu klubun əsas komandasında forma geyinir. Azərbaycan millisinin də üzvü olan futbolçu Ağdam klubunun heyətində 300-dən çox oyun keçirib. O, “Qarabağ”la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.