"Qarabağ"ın futbolçuları Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

"Rekord.az" "Newsport"a istinadən xəbər verir ki, "ağdamlıların" kapitanı Maksim Medvedev və vitse-kapitanı Qara Qarayev hər biri Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 10 min manat məbləğində yardım edib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.

Fond Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.