Zədə səbəbindən millimizin heyətindən çıxarılan Qara Qarayevin durumu bəlli olub.

Rekord.az xəbər verir ki, Ağdam klubundan qol.az-a verilən məlumata görə, yarımmüdafiəçinin sağ ayağının arxa əzələsində yırtıq aşkarlanıb. Onun ən azı 10 gün meydana çıxa bilməyəcəyi bildiririlib.

Bu isə o deməkdir ki, millimizin DÇ-2022-nin seçmə mərhələsində ilk 3 oyununu buraxacaq 28 yaşlı futbolçunun aprelin 4-də Premyer Liqanın 21-ci turunda “Keşlə” ilə keçiriləcək səfər matçında iştirakı sual altındadır.