“Qara zolaq”dan çıxmaq məni sevindirir” - Şahin Diniyev
- 05 Okt 2024 21:00
- 154
"Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 9-cu turunda doğma meydanda "Şamaxı"ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Bu gün oyun tam diqtəmizlə keçdi. Sadəcə standart vəziyyətlərdə problemimiz olurdu. Onda da qapıçı və müdafiəçilərimiz etibarlı oynadı. Topa nəzarət edərək qol vəziyyətləri yarada bildik. "Qara zolaq"dan çıxmaq məni sevindirir. Yolumuza davam edəcəyik.
Biz emosiyalara qapılmışıq. Demirəm etdiyim hərəkətlərin hamısı düzdür. Futbol emosiyalar oyunudur. Sakit durub oyuna baxsan, alınmayacaq. Heç bir hakimlə intriqam yoxdur. Əliyar Ağayev oyunu normal idarə etdi.
Bugünkü qələbə bizi sonuncu yerdən bir az uzaqlaşdırdı. Amma bu, heç nə demək deyil. 3 xallıq çempionatda hər şey ola bilər. "Neftçi" bu situasiyadan çıxacaq. Bu, görünəndir. "Kəpəz"in qələbəsi bizi bir az da ruhlandırdı. Arxamızda nəfəs hiss etdik. Bu, bizim üçün çox böyük motivasiya verdi”.