“Qarabağ” 8 futbolçu ilə məşq etdi
- 18 Mar 2021 00:19
- 700
“Qarabağ” 3 günlük fasilədən sonra məşqləri bərpa edib.
Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Hazırlıqda 8 futbolçu iştirak edib. Məşq prosesində milli komandalara dəvət almış oyunçular qatılmayıb.
Kabo-Verde millisinə dəvət alan Patrik Andrade də bu məşqin iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi öz ölkəsinin millisinə qoşulmaq üçün martın 18-də yola düşəcək.