“Qarabağ” “Aberdin”i məğlub yola saldı
- 19 Avq 2021 21:58
- 530
“Qarabağ” bu gün futbol üzrə Avropa Konfrans Liqasında növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi bu turnirin pley-off mərhələsi çərçivəsində Şotlandiyanın “Aberdin” komandası ilə qarşılaşıb.
Bu komandalar arasındakı ilk matç Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunub. Cari mövsümdə məğlub olmayan ağdamlılar uğurlu seriyanı böyük britaniyalılarla dueldə də davam etdirməyə çalışıb və istəyinə çatıb. Azərbaycan təmsilçisi minimal hesabla qalib gəlib.
Qeyd edək ki, bu kollektivlərin cavab görüşü avqustun 26-da Şotlandiyada keçiriləcək.
Avropa Konfrans Liqası
Pley-offun ilk oyunu
19 avqust
“Qarabağ” – “Aberdin” 1:0
Qol: X.Romero, 30.
Baş hakim: Rade Obrenoviç (Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Malinovski, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç.
Baş məşqçi: Qurban Qurbanov.
Aberdin: 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 4. Endryu Konsidayn, 5. Deklan Qallaxer, 8. Skott Braun (k), 9. Kristian Ramires, 14. Cey Emmanuel-Tomas, 16. Funso Oyo, 19. Luis Ferqyusson, 22. Kalvin Remzi.
Ehtiyat oyunçular: 25. Qari Vuds, 30. Tom Ritçi, 10. Nayal Makqinn, 15. Dilan Makqiox, 17. Conni Heyz, 18. Konnor Maklennan, 20. Teddi Cenks, 21. Cek Qurr, 24. Din Kempbell, 31. Kiran Nvenya, 35. Meyson Henkok.
Baş məşqçi: Stiven Qlass.